“Mədəni yenilənmə” davam edir
Yanvarın 29-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin “Mədəni yenilənmə” layihəsi çərçivəsində Xalq artisti, dirijor Elnarə Kərimovanın 60 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.
Konsertdə Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Milli Konservatoriyasının xor kollektivi və TRT Ankara Radiosunun çoxsəsli xoru çıxış edəcək.
Qeyd edək ki,
layihənin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat
və elm sahəsində peşəkar uğurlara imza
atmış istedadlı soydaşlarımızın fəaliyyəti
ilə Azərbaycan tamaşaçılarını
tanış etməkdir.
Mədəniyyət.- 2022.- 22
yanvar.- S.5.