Qusar teatrında yeni səhnə nümunələri

 

 

Qusar Dövlət Ləzgi Dram Teatrında M.F.Axundzadənin “Hekayəti-Molla İbramxəlil kimyagər” əsəri üzərində (quruluşçu rejissor Əliyar Əliyev) məşqlər yekunlaşıb. Qusarlı teatr təmsilçiləri mövsümün sonunadək daha iki tamaşanı təhvil vermək istəyirlər.

Bunlardan biri Zəlimxan YaqubunBöyük ömrün dastanı” (quruluşçu rejissor Faiq Qardaşov) poeması əsasında eyniadlı tamaşadır. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tamaşanın premyerası may ayında olacaq.

Fərqli müəlliflərin müxtəlif janrlı pyeslərinə müraciət edən yaradıcı heyətin daha bir səhnə nümunəsi dağıstanlı dramaturq İdris Şmxalovun “Pərixanum” (quruluşçu rejissor Bağır Əhmədov) əsəri əsasında hazırlanacaq.

Kollektiv Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı bədii qiraət müsabiqəsində də təmsil olunacaq.

 

Mədəniyyət.- 2023.- 5 aprel.- S.4.