Xalqı birləşdirən azərbaycançılıq məfkurəsinin müəllifi

 

Bölgələrdə “Heydər Əliyev İli” tədbirləri davam edir

 

Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayon İ.Nəsimi adına 1 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri üçün “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tarix dərsi keçirilib. İştirakçılara Ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif dövrləri, çoxşaxəli fəaliyyətinin ayrı-ayrı aspektləri, Azərbaycan tarixindəki yerirolu barədə geniş məlumat verilib. Sonda Ulu öndərə həsr edilmişBöyük ömrün anları” adlı sənədli film nümayiş etdirilib.

 

***

Zərdab rayon Heydər Əliyev Mərkəzi və Həsən bəy Zərdabinin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və xalqı birləşdirən azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə “Yolumuzu nurlandıran düha – Heydər Əliyev” başlıqlı sərgi və Ümummilli liderin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.

 

***

Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyirayon MKS-nin şəhər filiallarının təşkilatçılığı ilə “Mədəniyyətə bağlı ömür” adlı tədbir keçirilib. Çıxış edənlər Ulu öndərin hakimiyyətə gələndən sonra mədəniyyət sahəsinə, milli-mənəvi dəyərlərimizə, tarixi abidələrimizə xüsusi qayğı göstərdiyini qeyd ediblər.

 

***

Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbi Xalq çalğı alətləri şöbəsinin xanəndəlik sinfi “Heydər baba xatirələri” adlı konsert proqramı təşkil edib. Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlərin ifasında Vətəni tərənnüm edən mahnılar səsləndirilib.

 

***

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şorsu kənd Folklor klubundaXalq üçün doğulan lidermövzusunda tədbir keçirilib. Tədbirdə Şorsu kənd tam orta məktəbin kollektivi, kənd sakinləri və Folklor klubunun əməkdaşları iştirak ediblər.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı konfrans təşkil olunub. Tədbir iştirakçıları “Heydər Əliyev və 44 günlük Zəfər yolu” sənədli filmini izləyiblər.

 

***

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında” layihəsi çərçivəsində “Şairlərimizi tanıyaq” adlı Lənkəran poeziyasevərlərinin Yardımlıda yaşayan şairlərlə görüşü keçirilib. Görüşdə şeir mədəniyyəti, sənət və sənətkarlar haqqında fikirlər dinlənilib, şairlərin poeziya nümunələri səsləndirilib, videoçarxlar nümayiş etdirilib.

 

***

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dahilər dahisi çağırılır adın” mövzusunda tədbir keçirilib. Bildirilib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Çıxışlardan sonra Laçın rayon 23 nömrəli tam orta məktəbin şagirdləri Ulu öndərə həsr olunmuş ədəbi kompozisiya təqdim ediblər.

 

***

Bərdə Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi rayon və şəhərlərdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və mədəniyyətimiz” adlı bilik yarışması keçirilir.

Müsabiqənin məqsədi Ulu öndərin dövlətçilik irsinin öyrənilməsi, təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasıdır.

Bərdə, Tərtər, Yevlax və Mingəçevirin tam orta məktəbləri şagirdlərinin iştirak etdiyi bilik yarışı Bərdə RMİ, Qarabağ və Mərkəzi Aran Regional Təhsil idarələrinin birgə təşkilatçılığı ilə gerçəkləşir.

Adıçəkilən şəhər və ya rayonların hər biri üzrə 4 komanda müəyyən olunub. Onlardan biri öz yerində qalib olduqdan sonra finalda yarışacaq.

 

Yarışmanın ilk mərhələsinə Tərtər rayonunda başlanılıb. “Volunteers” komandası finala vəsiqə qazanıb.

 

***

Masallı rayon Mərkəzi KitabxanasındaZamanın fövqündə dayanan lideradlı tədbir təşkil edilib. Qeyd olunub ki, Ulu öndərin siyasi uzaqgörənliklə işləyib hazırladığı, Azərbaycanın hərtərəfli inkişafı dünyanın seçilən dövlətləri sırasına qoşulması məqsədi daşıyan mütərəqqi siyasi kursu sayəsində ölkəmiz qısa müddətdə regionun lider dövlətinə, əsl söz sahibinə çevrilib.

 

***

Samux şəhər Uşaq musiqi məktəbində Musiqi-nəzəri fənlər şöbəsində viktorina keçirilib. Şagirdlər Ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş, həmçinin nəzəri fənlər və musiqi dinləmələri üzrə tərtib olunmuş sualları cavablandırıblar.

 

 

Mədəniyyət.- 2023.- 7 aprel.- S.4.