“Zəfərə açılan Aprel səhəri”

 

 

2016-cı ilin Aprel döyüşlərinin 7-ci ildönümü münasibətilə yerlərdə müxtəlif tədbirlər təşkil edilib.

Göyçay rayon Mərkəzi Kitabxanasında Aprel döyüşlərinin 7-ci ildönümü münasibətilə kitab sərgisi təşkil edilib.

İsmayıllı rayon MKS-nin 2 saylı şəhər kitabxana filialında “Şəhidlər ölməzdir!” başlıqlı sərgi təşkil edilib.

Qax rayon Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri – böyük Zəfərin başlanğıcı” adlı tədbir keçirilib. Tədbirdə Qax şəhər Namiq Allahverdiyev adına 2 saylı məktəb-liseyin müəllim və şagird kollektiviiştirak edib.

Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “Aprel döyüşləri Zəfər tariximizin başlanğıcıdır” adlı tədbir keçirilib. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. “Dördgünlük müharibədə” qazanılan Qələbə xalqımızın orduya olan inamını artırıb. Bu uğurlu döyüşlər böyük Zəfərimizin təməli olub. 

Sumqayıtın Tarixi Muzeyi və şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Zəfərə açılan Aprel səhəri” adlı tədbir keçirilib. 2016-cı ildə baş verən “dördgünlük müharibə”də Ordumuzun qəhrəmanlığı nəticəsində 2 min hektardan artıq ərazinin işğaldan azad olunmasından və bu döyüşlər zamanı sumqayıtlı şəhidlərimizin şücaətindən bəhs edən mühazirə və videoçarx təqdim edilib.

Gəncə Regional Mədəniyyət İdarəsi (RMİ), Gəncə şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialı tərəfindən Aprel döyüşlərinin şəhid kapitanı İnqilab Quliyevin ailəsi ilə görüş keçirilib. Şəhidin valideynləri və yaxınları qəhrəman haqqında xatirələrini bölüşüblər. Bildirilib ki, öz istəyi ilə hərb sahəsini seçən İnqilabın ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək və üçrəngli bayrağımızı doğma yurdu Kəlbəcərə sancmaq idi. Çıxışlardan sonra şəhidin 21 nömrəli tam orta məktəbdə təhsil alan övladları Hüseyn və Əyyam Quliyevlərin iştirakı ilə “Şəhidlərimiz qürur yerimizdir” adlı bədii kompozisiya təqdim olunub.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı film nümayiş olunub.

Masallı Tarix-Diyarşünaslıq Muzeyirayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “4-dən 44-də” başlığı altında tədbir keçirilib. Bildirilib ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərməklə bərabər, ədalətin bərpa olunacağı Zəfər tarixinin başlanğıcı kimi də tarixə düşüb. Çıxışlardan sonra bu döyüşlərdə şəhidlik zirvəsinə yüksələn oğullarımıza həsr olunmuş sərgiyə baxış olub.

 

N.Məmmədli

Mədəniyyət.- 2023.- 7 aprel.- S.4.