Kitab işıq saçar bir günəş kimi...”

 

 

Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Beynəlxalq Uşaq Kitabı Günü (2 aprel) münasibətilə “Sevimli kitablar” adlı tədbir keçirib. Tədbirdə Zərdab rayon İ.Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbinin bir qrup şagirdi iştirak edib.

Samux rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Kitablar ən yaxın dostunuz olsun” adlı sərgi təşkil edib. Sərgi məktəblilərdə mütaliəyə marağı artırmaq məqsədilə keçirilib.

Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxanada “Uşaqları kitabla böyüdək!” adlı sərgi keçirilib. Sərgidə “Uşaqları kitabla böyüdək!”, “Unutma, hər sirrin açarı kitablardadır!”, “Kitab işıq saçar bir günəş kimi...” adlı bölmələrdə 70-dən çox uşaq ədəbiyyatı nümunələri təqdim edilib.

 

Mədəniyyət.- 2023.- 7 aprel.- S.4.