Beynəlxalq Muğam Mərkəzində klassik musiqi axşamı

 

 

Beynəlxalq Muğam Mərkəzində klassik musiqi konserti olub. Rusiya və beynəlxalq miqyaslı müsabiqələr laureatları Mariya Paxar (soprano), İlya Xardikov (tenor) rusxarici ölkə bəstəkarlarının operalarından ariyaları və romansları ifa ediblər. Onları fortepianoda Sergey Semyonov müşayiət edib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (Bakıdakı Rus Evi) mətbuat xidmətindən verilən məlumata görə, konsert Azərbaycanda həyata keçirilən “Rus dili millətlərarası ünsiyyət vasitəsi kimi” təhsil, maarifçilik layihəsi çərçivəsində təşkil edilib.

Rusiya Prezidenti Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə həyata keçirilən layihənin təşkilatçıları Moskvadakı L.N.Tolstoy Dövlət Muzeyi, “KinoFokus” şirkəti, Bakıdakı Rus Evi və digər qurumlardır.

 

Mədəniyyət.- 2023.- 7 aprel.- S.3.