Ulu öndərin 100 illiyi ilə bağlı daha bir konsert

 

 

Aprelin 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib.

Musiqili gecədə Xalq artisti, bədii rəhbər baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Əməkdar artist, tarzən Sahib Paşazadənin ifasında Fikrət Əmirovun “Min bir gecəbaletindənOrgiya”, Tofiq Bakıxanovun “Tar orkestr üçün konsert ¹5” (ilk ifa), Azər DadaşovunSimfoniya ¹14” Mələyin günü”, eləcə Həmid Vəkilovun “Tar orkestr üçün konsert ¹2” (ilk ifa) əsərləri səsləndirilib.

Konsertdə ustalıqla təqdim edilən musiqi nömrələri mədəniyyətimizin böyük hamisi olmuş Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi kimi alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2023.- 7 aprel.- S.3.