“Heydər Əliyev və Türk dünyası” mövzusunda konfrans

 

 

Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə aprelin 4-də Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

“Heydər Əliyev və Türk dünyası” mövzulu konfransda Türkmənistan, Qırğızıstan və Özbəkistandan nümayəndələr və incəsənət xadimləri iştirak ediblər.

Çıxışlarda Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışılıb. Azərbaycanın Türk dünyası ilə əlaqələrinin qurulmasında, münasibətlərin dərinləşməsində, habelə ölkəmizdəki tolerantlıq mühiti və azərbaycançılıq ideologiyasının inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi qeyd edilib.

Tədbirdə incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.- 2023.- 7 aprel.- S.5.