Mübarizfilminin təqdimatı keçirilib

 

Biləsuvar rayonunda şəhid Milli Qəhrəman Mübariz İbrahimovun (1988-2010) döyüş yoluna həsr olunanMübarizfilminin təqdimatı keçirilib.

Rayonun icra başçısı Faiq Qürbətov çıxış edərək Mübariz İbrahimovun yalnız biləsuvarlıların deyil, qəlbi Vətən eşqi ilə döyünən hər kəsin qürur yeri olduğunu söyləyib.

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq edib.

Qeyd edək ki, AzTV-nin istehsalı olanMübarizfilminin ssenari müəllifi və baş prodüseri Nicat Mənalı, quruluşçu rejissoru Natiq Novruzovdur. Çəkilişləri cəsur döyüşçünün şəhid olduğu ərazidə aparılan filmdə onun örnək ömür yolundan bəhs olunur.

 

Mədəniyyət.- 2023.- 12 aprel.- S.6.