Kitabxanalara işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi elan edilir

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsi 15 may 2023-cü il tarixində başlayacaq.

Test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcək. Müsahibə proqramına əsasən, hər bir namizədin iddia etdiyi vəzifə üzrə peşə hazırlığı və bilik səviyyəsi yoxlanılacaq.

Namizədlər müsahibə proqramı ilə Mədəniyyət Nazirliyinin saytındakı “Elanlar” bölməsində müvafiq link vasitəsilə tanış ola bilərlər.

Qısa zamanda namizədlərlə müsahibələrin keçirilmə qrafikisaytda yerləşdiriləcək.

 

Mədəniyyət.- 2023.- 12 aprel.- S.3.