Kitabxanada şair-publisistlə görüş

 

 

İmişli rayon Mərkəzi Kitabxanasında şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

Görüşdə Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı, mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və fəal oxucular iştirak ediblər.

Ədəbiyyatşünas, şair Ramil Əhmədin moderatorluğu ilə gerçəkləşən görüşdə müəllifin yaradıcılığı haqqında məlumat verilib. Qeyd olunub ki, 20-dən çox kitabı işıq üzü görən müəllifin bir sıra əsərləri ingilis, farsispan dillərində də çap edilib.

Sonda şair oxucuların suallarını cavablandırıb.

 

Mədəniyyət.- 2023.- 14 aprel.- S.4.