“Mərmər soyuğufilmi Paris Asiya İncəsənəti Milli Muzeyində göstəriləcək

 

Xəbər verdiyimiz kimi, 28 fevral – 7 mart tarixlərində Fransanın Vesul şəhərində keçirilən 29-cu Asiya Filmləri Beynəlxalq Festivalında (FICA – Festival International des Cinémas d’Asie de Vesoul) azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filmi mükafata layiq görülüb.

Festivalda ümumilikdə 38 film nümayiş olunub. Vesul festivalında mükafat qazanmış filmlər Fransa paytaxtında, Zəfər Tağının yaxınlığında yerləşən Guimet – Paris Asiya İncəsənəti Milli Muzeyində nümayiş olunacaq.

Göstəriləcək ekran əsərləri sırasında azərbaycanlı rejissorunMərmər soyuğufilmi var.

 

Mədəniyyət.- 2023.- 14 aprel.- S.2.