ARTE kanalında Azərbaycanın caz musiqisi ilə bağlı reportaj

 

Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE “Bakıda caz havası” adlı reportaj yayımlayıb.

Reportajda Bakının tarixindən, eləcə də caz musiqisinin yaranmasından və inkişafından bəhs olunur.

Azərbaycan caz musiqisinin banisi, caz-muğam yeni caz devizinin yaradıcısı Vaqif Mustafazadənin yaradıcılığından da danışılır. Onun Azərbaycan musiqisinin, muğamın klassik Amerikan cazı sintezini yaratmasından söz açılıb. Vaqif Mustafazadənin Ev-Muzeyində aparılan çəkilişlər nümayiş olunub.

Reportajda Azərbaycanın bugünkü gənc caz musiqiçiləri haqqında da məlumat verilib.

 

Mədəniyyət.- 2023.- 14 aprel.- S.3.