Heydər Əliyev irsinə dair nəşrlər dünya kataloqunda araşdırılıb

 

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana İnformasiya Mərkəzinin “Heydər Əliyev İli”nə həsr edilmişOxu mədəniyyəti” layihəsi çərçivəsində Ümummilli liderin irsi, həyat və fəaliyyətinə dair nəşrlər dünya kataloqunda – “WorldCatda araşdırılıb.

UNEC-dən bildirilib ki, araşdırma zamanı kataloqda Ulu öndərə həsr olunan 1000-dən çox nəşr müəyyən olunub. Bu nəşrlərə 710 çap kitabı, 73 elektron kitab, 8 mikroforma, 1 dissertasiya, 1 əlyazma, 1 brayl şriftli kitab, 130 məqalə, 84 tammətnli məqalə, 13 arxiv materialı, 1 onlayn videos. daxildir.

WorldCatda yer alan nəşrlər ingilis (470), Azərbaycan (350), rus (130), fransız (45), alman (36), türk (25), italyan (20) və başqa dillərdədir.

 

Mədəniyyət.- 2023.- 14 aprel.- S.6.