Ulu öndərin 100 illiyi münasibətilə daha bir musiqi axşamı

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş daha bir konsert keçirilib.

Aprelin 20-də gerçəkləşən konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijorXalq artisti Fəxrəddin Kərimov) və respublika və beynəlxalq müsabiqələr laureatı Şərif Bağırov (klarnet) çıxıb edib.

Proqramda S.RaxmaninovunRomansskertso”, P.HindemitinSimli orkestr üçün 5 pyes, op.44”, C.GerşvinRhapsody in blue” (klarnetsimli orkestr üçün işləyəni T.Kim, ilk ifa), S.Kolric-Teylor “Simlilər üçün 4 novella, op.52” əsərləri səsləndirilib.

Konsert proqramı klassik musiqi həvəskarları tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2023.- 26 aprel.- S.5.