Gənclər Kitabxanasında Mir Cəlal haqqında silsilə materiallar hazırlanıb

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin (1908-1978) anadan olmasının 115-ci ildönümü münasibətilə silsilə materiallar – virtual kitab sərgisi Bir ömrün manifestiadlı videomaterial hazırlanıb. Materiallarda Mir Cəlalın həyat bədii yaradıcılığına, pedaqoji alimlik fəaliyyətinə geniş yer verilib, maraqlı məlumatlar təqdim olunub.

Bir ömrün manifestiadlı videomaterialda Mir Cəlal Paşayevin elmi fəaliyyətində xüsusi yer tutanFüzulinin poetik xüsusiyyətləriFüzuli sənətkarlığı” fundamental əsərləri haqqında məlumatlar əks olunub. Bundan əlavə, ədibinDirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitabromanları haqqında da məlumatlar verilib. Həmçinin Mir Cəlalın həyatı ilə bağlı foto video görüntülər təqdim olunur.

“Mir Cəlal Paşayev – 115” adlı virtual kitab sərgisində isə görkəmli alim yazıçının həyat yaradıcılığının əsas tarixləri, tanınmış şəxslərin onun yaradıcılığı ilə bağlı söylədikləri fikirlər, ədib haqqında yazılan “Mir Cəlalın ədəbi ideyaları”, “Mir Cəlal Paşayev. Biblioqrafiya”, “Sadəlik müdriklik”, “Mir Cəlal xatirələrdə s. kitabların, ədibin özünün müəllifi olduğuBir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı başqa kitabların biblioqrafik təsviri yer alıb.

 

 

Mədəniyyət.- 2023.- 28 aprel.- S.7.