Riad Məmmədovun solo konserti

 

  Rusiyada yaşayan həmvətənimiz, bəstəkar və pianoçu Riad Məmmədovun solo konserti təşkil olunub.

Tədbir “Puşkinskidə cümələr” silsiləsi çərçivəsində keçirilibbu mövsümün son konserti olub.

Konsert proqramında İ.BramsS.Raxmaninovun əsərləri, həmçinin Riad Məmmədovun müəllif musiqiləri yer alıb.

Riad Məmmədov Bakıda doğulub, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə, aspiranturanı isə musiqişünas ixtisası üzrə bitirib. Beynəlxalq müsabiqələrin laureatı, bir çox beynəlxalq festivalların iştirakçısıdır. Bu yaxınlarda Rusiya Bəstəkarlar İttifaqına üzv qəbul olunub.

 

Mədəniyyət.- 2023.- 28 aprel.- S.3.