Vətən sizi unutmaz!

 

N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun doğum günü ilə əlaqədarVətən sizi unutmaz!” adlı tədbir keçirilib. Tədbirdə şəhidin döyüş yolundan bəhs edən səhnəcik nümayiş olunub. Səhnəcikdə Səlimxan rolunu aktyor Elay Xasıyev, ana obrazını isə Əməkdar artist İlahə Səfərova canlandırıb. Sonda vətənpərvərlik ruhlu mahnılar ifa olunub.

1998-ci ildə Sumqayıt şəhərində doğulan S.Bayramov Vətən müharibəsində oktyabrın 19-da Xocavənd uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonraVətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

 

***

 

Bərdə rayonunun Yeni Daşkənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi Ziya Quliyevin xatirəsi anılıb. Əvvəlcə tədbir iştirakçıları kənddəki şəhidlər abidəsini ziyarət ediblər. Çıxış edənlər şəhidlərin şücaətindən danışıblar.

Bildirilib ki, Ziya Yelmar oğlu Quliyev 1973-cü il iyulun 29-da Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra silaha sarılaraq Vətənin müdafiəsinə qalxıb. Laçın, Kəlbəcər bölgələrində gedən döyüşlərdə iştirak edib. 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu uğrunda şəhid olub.

 

***

 

E.Hüseynov adına Qazax rayon Mərkəzi Kitabxanasında 44 günlük Vətən müharibəsinin Qazax şəhidlərinin xatirəsinə həsr olunmuşMüqəddəs and yerimizadlı tədbir təşkil edilib. Əvvəlcə doğum günləri iyul ayında qeyd olunan Vətən müharibəsinin Qazax şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra şəhidlərçavuş Kamil Kərimov, baş leytenantlar Nəbi Hüseynov, Xaliddin Nəsibov, baş çavuş İsmayıl Qəsəbov əsgər Anar Vəliyevin ömür yollarından epizodlar nümayiş olunub.

 

N.Məmmədli

 

Mədəniyyət.- 2023.- 2 avqust.- S.4.