Milli sərvətimiz olan dövlətçilik irsi

 

Heydər Əliyev İlimünasibətilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilir.

Ağdaş rayon Heydər Əliyev MərkəzindəHeydər Əliyevin siyasi irsi milli sərvətimizdir!” mövzusunda tədbir təşkil edilib. Çıxışlarda Ulu öndərin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində müstəsna xidmətlərindən bəhs edilib.

***

Quba rayon MKS-nin Mərkəzi KitabxanasındaHeydər Əliyev fenomeni gəncliyin gözü iləadlı dəyirmi masa keçirilib. Qeyd olunub ki, Ulu öndər hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikada peşəkar gənc kadrların hazırlanmasında müstəsna rol oynayıb. Azərbaycanda hərbi məktəbin yaradılması, minlərlə gəncin ittifaqa daxil olan respublikaların nüfuzlu ali məktəblərinə göndərilməsi Ulu öndərin tarixi xidmətlərindəndir. Çıxış edənlər müstəqillik illərində Heydər Əliyevin gəncliyə qayğısından, bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən danışıblar.

***

Lerik rayon Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Gənclər İdman İdarəsinin Lerik rayon sektoru ilə birgə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə gənclər arasında intellektual bilik yarışı keçirilib. Yarışın məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin bilik bacarıqlarının, o cümlədən məntiqi düşüncə dünyagörüşlərinin inkişafına şərait yaratmaqdır.

Ulu öndərin zəngin siyasi irsi barədə səsləndirilən suallar komandalar tərəfindən cavablandırılıb. Qaliblər növbəti mərhələdə iştirak hüququ qazanıblar. Tədbirdə Ümummilli liderin xalqımız dövlətçiliyimiz qarşısında xidmətlərindən danışılıb.

 

Mədəniyyət .- 2023.- 2 avqust.- S.4.