Azərbaycan Əlifbası Azərbaycan Dili Günü Şuşada qeyd olunub

 

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı iləHeydər Əliyev İliçərçivəsində Şuşa şəhərində “1 avqust Azərbaycan Əlifbası Azərbaycan Dili Günüdürmövzusunda tədbir keçirilib.

Tədbiri Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva açaraq bəşər mədəniyyətinin tərkib hissəsi olan dili mədəni dəyərlərin ötürülməsi, qorunması qavranılmasında mühüm amil kimi səciyyələndirib, ana dilini əlifbanı millətin siması, milli sərvəti varlığının təsdiqi adlandırıb.

Qeyd olunub ki, latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam təmin edilməsində, ana dilinin milli dövlətçiliyimizin əsas atributu kimi özünü təsdiq etməsi qorunmasında, eləcə dil siyasətinin formalaşdırılmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, əməli fəaliyyətdə öz əksini tapıb, Ulu öndər tərəfindən imzalanan fərman sərəncamlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını, uzunmüddətli strategiyasını müəyyən edib.

Mərkəzin direktor müavini dosent Gülarə ƏmirovanınAzərbaycan əlifbasının dünəni bu günü”, filologiya üzrə fəlsəfə doktoru Aynur PaşayevanınTəhsildə Azərbaycan dilimövzularında məruzələri dinlənilib.

Sonra Bakı Mühəndislik Universitetinin dosenti Zabitə Teymurlu, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Bakı Avrasiya Universitetinin baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Zəminə Rüstəmbəyli başqaları çıxış ediblər. Ümummilli liderin ana dilinə sevgisi qayğısının hər bir azərbaycanlıya örnək olduğu bildirilib. Çıxışlarda İKT, reklam, tibb digər sahələrdə Azərbaycan dilinin düzgün tətbiqinin zəruriliyi vurğulanıb.

 

Mədəniyyət .- 2023.- 2 avqust.- S.2.