Hər zaman bizimlə olan bayram

 

 

1 avqust Azərbaycan Əlifbası Azərbaycan Dili Günü idi. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixində imzaladığı fərmana əsasən, həmin il avqustun 1-də ölkə ərazisində bütün idarə təşkilatlar, Azərbaycan dilində nəşrlər latın qrafikalı əlifbaya keçib. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edilsə , onun faktiki icrası illərlə uzanmışdı.

On ilə yaxın davam edən latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin 1 avqustunda başa çatdı. Bu, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə idi. Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqustAzərbaycan Əlifbası Azərbaycan Dili Günü” elan edildi.

Ana dilimizin əlifbamızın bayramı bu dildə danışan, düşünən, yaşayan hər birimiz üçün hər gün, hər an bizimlə olan bayramdır.

 

Mədəniyyət .- 2023.- 2 avqust.- S.1.