Özbək teatrınınQayınana”sı yenə Bakıda

 

Bakıda keçirilən Özbəkistan mədəniyyəti günləri çərçivəsində Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı avqustun 3-də yenidən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edib.

Kollektiv bu dəfə azərbaycanlı teatrsevərlərə bizim öz səhnə əsərimiziməşhurQayınanamusiqili tamaşasını (dramaturqMəcid Şamxalov, musiqiZakir Bağırov, Tofiq Quliyev) təqdim edib.

Özbək teatrında musiqili komediyanın rejissoru Daston Xakberdiyev, rəssamı Cəlaləddin Rahimov, tamaşanın dirijoru Akmal Turayevdir.

Xatırladaq ki, “Qayınanatamaşası Bakıda ötən ilin dekabrında rejissor Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin iştirakı ilə nümayiş olunmuşdu.

 

Mədəniyyət.- 2023.- 4 avqust.- S.5.