Azərbaycan kinosu həftəsi” – televiziyalarda kinoteatrlarda

 

 

Bu il 2 avqustAzərbaycan Kinosu Günü milli kinematoqrafiya üçün əlamətdar yubileylərlə müşayiət olunur.

2023-cü il Azərbaycanda kinonun yaranmasının 125 illiyi, Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının isə 100 illiyidir. Yubileylər ilində Azərbaycan Kinosu Günü münasibətilə kinosevərlər üçün iki aksiya təşkil edilib.

Mədəniyyət Nazirliyinin təşəbbüsü təşkilatçılığı ilə avqustun 2-dən 9-dək ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarındaAzərbaycan kinosu həftəsiadı altında klassik filmlərimizin nümayişi həyata keçirilir.

Azərbaycan Kinosu Günü münasibətilə həmçinin kinoteatrlardaAzərbaycanfilm”in istehsalı olan filmlərin retrospektivi təşkil edilib. Aksiya çərçivəsində milli filmləri izləmək üçün kinoteatrlara giriş sərbəstdir.

 

Mədəniyyət.- 2023.- 4 avqust.- S.2.