Mədəniyyətdən diplomatiyayadək

 

12-18 avqust tarixlərində Naxçıvan şəhərindəHeydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi keçirilir. Düşərgə çərçivəsində təşkil edilən növbəti panelMüstəqillik dövründə Azərbaycanın xarici siyasət prioritetlərimövzusuna həsr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə keçirilən paneldə Azərbaycanın sabiq xarici işlər naziri, ölkəmizin Bosniya Herseqovinadakı səfiri Vilayət Quliyev, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev iştirak ediblər.

Vilayət QuliyevHeydər Əliyevin mədəniyyət diplomatiyası”, Fəxrəddin İsmayılovAzərbaycanın Avropa Şurasına üzvlüyü Ulu öndər Heydər Əliyevin siyasi mirasıdır”, Rizvan Nəbiyev isəPostmünaqişə dövründə yeni geosiyasi reallıqlarmövzularında çıxış ediblər.

Daha sonra debat şəklində davam edən panel zamanı düşərgə iştirakçıları xarici siyasət geopolitika ilə bağlı çoxlu suallar ünvanlayıb, peşəkar diplomatların müxtəlif məsələlərə münasibətini öyrəniblər.

 

Mədəniyyət.- 2023.- 16 avqust.- S.3.