Azərbaycan-Gürcüstan: muzey sahəsində əlaqələr genişlənir

 

 

Azərbaycan Milli İncəsənət Muzeyi Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Muzeydən bildirilib ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə vermək məqsədilə imzalanan sənəddə tərəflər bir neçə istiqamətdə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq şəraitin yaradılması haqqında razılığa gəliblər.

Memorandum sərgi mübadiləsi, muzey işi ilə bağlı konfransların, seminarların, treninqlərin keçirilməsi, daşınar mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi, beynəlxalq proqramlar layihələr çərçivəsində əməkdaşlıq s. kimi məsələləri əhatə edir.

Qeyd edək ki, aprelin 12-də Tbilisidəki Dmitri Şevardnadze adına Milli Qalereyada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gürcüstanın Mədəniyyət, İdman Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi Çingiz FərzəliyevinZamanın pillələri iləadlı rəsm sərgisi açılıb. Sərgi Gürcüstan Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

 

Mədəniyyət.- 2023.- 16 avqust.- S.3.