Uşaq İncəsənət Festivalının finalına sayılı günlər qalır...

 

Müvafiq nominasiyalar üzrə iştirakçılar yekun mərhələyə keçmələri barədə məlumatı festivalın saytında öyrənə bilərlər

 

 

Müstəqillik tariximizin ən böyük incəsənət layihələrindən olan Uşaq İncəsənət Festivalının final mərhələsinə sayılı günlər qalır.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm Təhsil Nazirliyi Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi festival “BP Azerbaijanşirkətinin baş sponsorluğu ilə keçirilir.

Qeyd edək ki, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş 14-17 yaş) üzrə keçirilən festival üç turdan ibarətdir.

Festivala respublikamızın bütün rayon şəhərlərindən 27 minədək müraciət olub. Peşəkar həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun, II mərhələsi isə iyul-avqust aylarını əhatə edir.

İkinciregional mərhələdə iştirak edənlər final mərhələsinə keçmələri, o cümlədən festivalda iştirakın müəyyən edilən vaxtı məkanı haqqında məlumatları www.uif.az internet portalından ala bilərlər. Bunun üçün festivalın saytında “Final mərhələsibölməsinə keçid edərək iştirakçının qeydiyyat kodunu ya şəxsiyyət vəsiqəsinin FİN nömrəsini yazmaq lazımdır.

Müsabiqənin final mərhələsi sentyabr ayında Bakı şəhərində keçiriləcək.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş fəallıq göstərmiş şəhər ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

 

Mədəniyyət.- 2023.- 16 avqust.- S.1.