Şəhidlər unudulmur

 

Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsinin şəhid giziri İntiqam Əsgərlinin doğum günü ilə əlaqədarŞəhidlər unudulmurmövzusunda tədbir keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda şəhid qəhrəmanın həyatı döyüş yolu haqqında məlumat verilib. Qeyd olunub ki, 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində dünyaya göz açan İntiqam Əsgərli Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub noyabrın 9-da qəhrəmancasına şəhid olub. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən, ölümündən sonraVətən Müharibəsi Qəhrəmanıadına, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şuşa, Xocavənd Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunub. Masallı şəhərinin küçələrindən biri İntiqam Əsgərlinin adını daşıyır.

***

Yevlaxda 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Ceyhun Əyyubovun doğum günü münasibətilə xatirəsi anılıb.

Əvvəlcə tədbir iştirakçıları Yevlax şəhərindəki Şəhidlər xiyabanına gələrək Ceyhun Əyyubovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra şəhidin yaşadığı evdə onun həyat döyüş yolunu əks etdirən fotoların müxtəlif məlumatların yer aldığı muzeyin açılışı olub.

Yevlax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Bildirilib ki, Ceyhun Əyyubov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən, ölümündən sonra 3-cü dərəcəliRəşadətordeni, “Vətən uğrunda”, “İgidliyə görəKəlbəcərin azad olunmasına görəmedalları ilə təltif olunub. Şəhidin adı yaşadığı küçəyə verilib.

***

Balakən rayon MKS-nin Yeni Şərif kənd kitabxana filialı kənd Sənətkarlıq evinin əməkdaşları Vətən müharibəsi şəhidi Nəcməddin Sarkayevin ailəsini məzarını ziyarət ediblər.

Bildirək ki, Nəcməddin Əli oğlu Sarkayev 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı Ağdərə Suqovuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 5-də Ağdərə döyüşləri zamanı şəhid olub. Ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonraVətən uğrundamedalı ilə təltif edilib.

 

Mədəniyyət.- 2023.- 23 avqust.- S.4.