Ekran əsərlərini dolğun edən musiqilər

 

Qazaxıstan orkestrinin Heydər Əliyev Sarayında saundtreklər konserti

 

Xəbər verdiyimiz kimi, Qazaxıstanın “BN Team Orchestra” simfonik orkestri növbəti konsert proqramı ilə Bakıya gəlib.

Orkestr avqustun 24-də Heydər Əliyev Sarayında Türkiyə Koreya seriallarından musiqilərdən ibarət proqramla çıxış edib.

Orkestrin ifasındaMöhtəşəm yüz il”, “Qara sevda”, “Çalıquşu”, “Çuxur”, “Min bir gecə”, “Hərcaikimi türk seriallarının məşhur musiqiləri səslənib.

“BN Team Orchestra”nın ifasında populyar Koreya seriallarından saundtreklər gecəyə rəng qatıb. ProqramdaGiləmeyvələrdən sonra çiçəklər”, “Al ürək”, “Dolu ev s. seriallardan musiqilər maraqla qarşılanıb.

Saundtreklər axşamında tamaşaçılar böyük ekranda sevimli seriallardan kadrları da izləyiblər.

 

Mədəniyyət.- 2023.- 30 avqust.- S.5.