Şəhid telejurnalistin xatirəsinə həsr olunan konsert

 

Avqustun 29-da Beynəlxalq Muğam Mərkəzində tanınmış telejurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin (1960-1992) ad gününə həsr edilənÇiçək lazımdıradlı konsert keçirilib. Xatirə konserti Çingiz Mustafayev adına fondun təşəbbüsü ilə gerçəkləşib. 

Konsertdən əvvəl Milli Qəhrəmanın qardaşı Vahid Mustafayev çıxış edərək qonaqları salamlayıb musiqi axşamının təşkilinə verdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Sonra rusiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nikolay Kuznetsov klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Virtuoz ifaçı konsertin birinci hissəsində P.İ.Çaykovskininİlin fəsilləri”, növbəti bölümdə M.P.MusorqskininSərgidəki rəsmlərəsərlərini səsləndirib.

Qeyd edək ki, Çingiz Fuad oğlu Mustafayev I Qarabağ müharibəsində 1992-ci il iyunun 15-də Xocalı rayonu ərazisində, Naxçıvanik (Naxçıvanlı) kəndi yaxınlığında gedən döyüşləri lentə alan zaman şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonraAzərbaycanın Milli Qəhrəmanıadı verilib.

 

Mədəniyyət.- 2023.- 30 avqust.- S.1.