Qazaxıstan səfiri çinli qonaqlar Milli Kitabxanada olublar

 

Kitabxananın 100 illiyi çərçivəsində tədbirlər keçiriləcək

 

 

Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel avqustun 25-də Azərbaycan Milli Kitabxanasının qonağı olub.

Görüşdə Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən cari ilin sentyabr ayında keçiriləcək Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi çərçivəsindəXalqların qardaşlığı ədəbiyyatların qardaşlığıdırmövzusunda qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin 100 illik yubileyinə böyük ədib, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunacaq dəyirmi masanın təşkili məsələsi müzakirə olunub.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov kitabxanada fəaliyyət göstərən beynəlxalq əməkdaşlıq zalında Qazaxıstan guşəsi haqqında səfirə məlumat verib.

Diplomat kitabxananın müxtəlif zal şöbələri ilə tanış olub bundan məmnunluğunu ifadə edib.

Sonda qonağaAzərbaycan Milli Kitabxanasıfotoalbomu, “Salam, Azərbaycan!”, “Azərbaycan xalçaları dünya kolleksiyalarındakitabları Azərbaycanın xəritəsi təqdim olunub.

 

***

 

Çin Xalq Respublikasının (ÇXR) ölkəmizdəki səfirinin müşaviri Ding Tao Huzhou Universitetinin professoru Tsin Pei Huanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan Milli Kitabxanası ilə tanış olub.

Direktor Kərim Tahirov qonaqlara kitabxana haqqında məlumat verib, Çin Milli Kitabxanası ilə əlaqələrdən bəhs edib. Bildirib ki, iki ölkənin milli kitabxanaları arasında imzalanan memorandum əsasında kitabxananın beynəlxalq əməkdaşlıq zalında Çin daimi guşəsi açılıb. Guşə ÇXR-in ölkəmizdəki səfirliyi qonaqların Milli Kitabxanaya hədiyyə etdikləri kitablarla daim zənginləşir. Kərim Tahirov Çin Milli Kitabxanasında da Azərbaycan daimi guşəsinin açılacağını diqqətə çatdırıb.

Professor Tsin Pei Hua Azərbaycan Milli Kitabxanasında olmaqdan məmnunluğunu dilə gətirib. O, Milli Kitabxanaya hədiyyə edəcəyi kitablar vasitəsilə oxucuların Çin mədəniyyəti, tarixi haqqında məlumat əldə edəcəklərinə əminliyini bildirib.

Kitabxana ilə tanışlıq əsnasında çinli tələbənin skripkada ifası da maraqla qarşılanıb.

Sonda qonaqlara Milli Kitabxana Azərbaycanla bağlı nəşrlər, “Azərbaycan keçmişdə indiki dövrdəxəritəsi təqdim olunub.

 

Mədəniyyət.- 2023.- 30 avqust.- S.3.