Laçınlar oylağının yeni növrağı

 

Laçın şəhəri günü təntənəli şəkildə qeyd olundu

 

Vətən müharibəsində işğaldan azad olunan bütün yurd yerlərimiz kimi, Şərqi Zəngəzurun dilbər guşələrindən olan Laçın rayonu da özünün yeni növrağını yaşayır. Otuz il ərzində düşmənin dağıdıb taladığı bu qədim elimiz yenidən qurulur, laçınlılar uzun ayrılıqdan sonra doğma yurdlarına qayıdırlar.

Yağıdan qurtarılmış şəhərlərimizlə bağlı təqvimimizə əlamətdar günlər həkk olunub. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 26 avqust Laçın şəhəri günüdür.

Bu münasibətlə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin  təşkilatçılığı ilə 26-27 avqust tarixlərində Laçında təntənəli tədbirlər keçirildi. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyevanın da iştirak etdiyi tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı, mədəniyyət incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri digər qonaqlar vardı. 

Şəhər günü Laçının üç məkanındaBayraq meydanı, Mənzərəli terras Həkəri çayının sahili, bulvar ərazisində gerçəkləşdi.

Birinci gün Bayraq meydanında ilk olaraqSarı Aşıq Yaxşıdastan-tamaşası nümayiş etdirildi. Laçın elinin tanınmış bayatı ustadlarından olan Sarı Aşığın (XVI-XVII əsrlər) həyatı haqqında olan dastan-tamaşa maraqla qarşılandı.

Zəngin proqramı olan şəhər gününün təqdimatları müxtəlif zonalarda reallaşdı.

Çay dəsgahızonasında Laçın elinin çay ənənələri təqdim edildi.

Laçın bazarızonasında bədii sənətkarlıq nümunələri, əl işləri, suvenirlər, aksesuarlar, zərgərlik keramika məmulatları s. satışı həyata keçirildi. Bundan başqa, məkanda aktyorların ifasında maraqlı oyunlar milli personajlardan hazırlanan maskotların gəzintisi təşkil edildi.

 

***

 

Bayram şöləni çərçivəsində Mənzərəli terrasda rəngarəng proqramlar həyata keçirildi. Məkanda xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olundu. Ustad dərslərində şəbəkə, həsir sənəti, keramika, dulusçuluq, misgərlik, xalçaçılıq, tikmə, papaqçılıq, ipəkçilik s. sahələr üzrə məlumat verildi, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdirildi.

Sərgi pavilyonuzonasında qonaqlaraLaçın mənzərələriadlı rəsm sərgisi, incəsənət düşərgəsində isə rəsm əsərlərinin çəkilməsi uşaqlar tərəfindən ceyran maketlərinin boyanması nümayiş etdirildi.

“I love Lachınyazılmış mənzərəli məkanda isə qonaqlar şəhərin füsunkar təbiətini seyr edib bu gözəlliyi öz telefonlarının fotoaparatlarının yaddaşına köçürdülər. Bundan əlavə, məkanda A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəkiOyuqteatr-studiyası tərəfindən musiqili tamaşa təqdim edildi. Həmçinin Azərbaycan Dövlət Kukla Teatrının təqdimatındaMəlikməmmədtamaşası nümayiş olundu.

 

Uşaq İncəsənət Festivalının yay düşərgəsi

 

Laçın şəhəri günü tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm Təhsil Nazirliyi Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijanşirkətinin baş sponsoru olduğu Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirildi.

Düşərgədə xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs s. nominasiyalar üzrə festivalın finalına vəsiqə qazanan 60-a yaxın uşaq iştirak edirdi.

Düşərgə müddətində uşaqlar üçün maraqlı əyləncəli oyunlar, fləşmob keçirildi. Xalq artistləri, xanəndə Gülyanaq Məmmədova, tarzən Elçin Həşimov, Əməkdar artistlər, xoreoqraf Eteri Cəfərova, müğənni Anar Hüseynli, Əməkdar müəllim, professor Hökümə Əliyeva, müğənni Elnarə Xəlilova, aşıq Əli Quliyev, bədii qiraət ustası Xəzər Süleymanlı başqaları tərəfindən müvafiq sahələr üzrə ustad dərsləri təşkil edildi.

Günün sonunda isə düşərgə iştirakçıları birlikdə ocaq ətrafında toplaşıb müxtəlif təamlardan dadaraq rəqs edib mahnılar səsləndirdilər.

Hünər meydanızonasında zorxana, pəhləvanlar kəndirbazlar maraqlı proqramla çıxış etdilər. Kulinariya məkanında qonaqlara Laçın mətbəxinin ləziz təamları, “Laçın poeziyasıadlı zonada isə aktyorların ifasında laçınlı şairlərin şeirlərindən ibarət bədii qiraət təqdim olundu.

 

Şəhər gününün musiqili qonaqları

 

Avqustun 26-da Həkəri çayının sahilində qurulmuş əsas səhnədə şəhər gününün möhtəşəm qala-konserti təşkil edildi.

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri, tanınmış mədəniyyət incəsənət nümayəndələri digər qonaqlar konserti izlədilər.

Konsertdən əvvəl dövlətimizin başçısı çıxış etdi.

Musiqi şölənində Xalq artistləri Azər Zeynalov, Nəzakət Teymurova, Teyyub Aslanov, Aygün Kazımova, Əməkdar artistlər Ramil Qasımov, Ehtiram Hüseynov, ifaçılar Kamilə Nəbiyeva, Aşıq Samirə, həmçininNatiqritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblı Azərbaycan Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər baş dirijorXalq artisti Ağaverdi Paşayev), “Qayavokal ansamblı, “Laçın aşıqlarıqrupu Laçınmuğam qrupu çıxış etdilər.

ProqramdaQarabağkompozisiyası, Ü.HacıbəylininCəngi”, V.AdıgözəlovunBayram süitası”, O.KazımininEy həyat, sən qəribəsən?”, C.CahangirovunCənnətim Qarabağ”, E.İbrahimovanınEy Vətən”, B.NəsibovunQarabağ”, Ə.MəmmədovunXudayar təsnifi”, N.MirməmmədlininAzərbaycan”, M.KazımovunLaçınıməsərləri tamaşaçıların qəlbinə hərarət bəxş elədi. “Qarabağ şikəstəsi”, “Ay Laçınxalq mahnısı, aşıq havaları çələngi, “İgidlərrəqsi, “Qarabağ yallısıda konsertə xüsusi ab-hava qatdı. Konsertin sonunda bütün ifaçılar tərəfindən birgə səsləndirilən R.HacıyevinAzərbaycanmahnısı Laçının qurtuluşuna dəyərli sənət ərməğanı oldu, böyük alqışlarla qarşılandı.

 

Bir səhnəüç tamaşa

 

Laçın şəhəri günü həm tamaşa nümayişləri ilə yadda qaldı. Həkərinin sahilindəki böyük səhnədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı kollektivinin təqdimatında dahi bəstəkar Üzeyir HacıbəylininArşın mal alanoperettası nümayiş etdirildi. 110 yaşlı səhnə incisi həmişəki kimi, alqışlarla qarşılandı.

Şuşa Dövlət Musiqili Dram Teatrı Laçın elinin bayramınaDədə Qorqudsoraqlı səhnə əsərini – “Dəli Domrultamaşasını gətirmişdi. Tamaşa Altay MəmmədovunKitabi-Dədə QorquddastanınınDuxa Qoca oğlu Dəli Domrulun boyuəsasında qələmə aldığı eyniadlı pyes əsasında hazırlanıb. Tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir. Əzrayıla belə meydan oxuyan Dəli Domrulun sərgüzəştləri tamaşaçıların diqqətini səhnəyə bağlaya bildi.

Azərbaycan Dövlət Pantomima Teatrı isəPantomim buketitamaşasını nümayiş etdirdi. Teatrın ilk yaradıcılıq nümunələrindən olanPantomim buketi” 1994-cü ildə hazırlanıb. İntermediya nömrələrindən ibarət tamaşa 2022-ci ildə yenilənmiş aktyor heyəti ilə bərpa edilib. Bu səhnə əsəri maraqla qarşılandı.

 

***

 

Laçın şəhəri günü tədbirlərinin birinci gününün sonunda axşam Həkəri çayının sahilində möhtəşəm atəşfəşanlıq oldu. 30 il düşmən əsarətində qalmış şəhərin səması rəngbərəng işıqlara büründü. Bütün dağ-daş doğma adamların, bu yurdun həqiqi sahiblərinin gəlişindən xəbərdar oldu...

Qarşıda Cəbrayıl (4 oktyabr), Füzuli (17 oktyabr) Zəngilan (20 oktyabr), Qubadlı (25 oktyabr), Şuşa (8 noyabr), Ağdam (20 noyabr) Kəlbəcər (25 noyabr) şəhəri günləri var.

 

Nurəddin Məmmədli

Foto: Həbib Hüseynov

Bakı-Laçın-Bakı

Mədəniyyət.- 2023.- 30 avqust.- S.1;4.