Ulu öndərin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans

 

Heydər Əliyev İlitədbirləri çərçivəsində avqustun 28-də “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (“İMZA” İB) təşkilatçılığı iləHeydər Əliyev. Böyük lideradlı beynəlxalq konfrans keçirilib.

Tədbirdə Ulu öndərin həyat fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

“İMZA” İB-nin sədri Xəyyam Əsgərov giriş sözündə Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycanda müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən söz açıb.

İctimai birliyin Beynəlxalq ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin moderatorluğu ilə keçirilən tədbirdə “İMZA” İB-nin Türkiyə təmsilçisi Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi KılıçHeydər Əliyevin xarici siyasətində Türk dünyasının inteqrasiyası birliyi amilimövzusunda çıxış edib. Diplomat Heydər Əliyevin tarixi xidmətlərinin yalnız Azərbaycanla məhdudlaşmadığını, həmçinin Türk dünyasında dərin izlər buraxdığını vurğulayıb. Qeyd edib ki, Heydər Əliyevin dövlətçilik fəaliyyətində Türk dünyası ilə münasibətlər mühüm yer tutub.

Milli Məclisin deputatı tarix elmləri doktoru Anar İsgəndərovHeydər Əliyevmüstəqil Azərbaycan dövlətinin qurucusumövzusunda məruzəsində Ulu öndərin digər sahələrlə yanaşı, hələ sovet dövründən başlayaraq Azərbaycan dilinin dövlət dili kimi inkişaf etdirilməsində xidmətlərini diqqətə çatdırıb.

Ulu öndərin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı ortaq xarici siyasətin formalaşmasındakı tarixi xidmətlərimövzusunda çıxış edən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım  iki ölkə arasında sarsılmaz birliyin bu gün ən yüksək səviyyəyə çatdığını qeyd edib. O, Türkiyənin hazırda dünya siyasətində çox fəal rol oynadığını Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artdığını deyib.

Tədbirə onlayn formada qatılan rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren, İtaliya parlamentinin sabiq deputatı Maria Rizzotti, Azərbaycanın Almaniyadakı sabiq fəxri konsulu Otto Hauser, Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze, İtaliyanın Azərbaycandakı sabiq səfiri Marqarita Kosta, Mərmərə Qrupu Strateji Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver, PakistanınBol Media” korporasiyasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ali Savez, israilli siyasi ekspert Mixail Finkel, Avropa Azərbaycanlıları Konqresinin sabiq sədri Başar Kömür, ABŞ-nin ölkəmizdəki sabiq səfiri Mətyu Brayzə başqaları Azərbaycanın davamlı inkişaf relsinə çıxarılması beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində Heydər Əliyevin xidmətlərindən söz açıblar. Azərbaycanın iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə etdiyi diqqətə çatdırılıb, Ulu öndərin Azərbaycana xarici investisiyaların cəlb olunmasında, xalqın rifah halının yüksəldilməsində misilsiz işlər gördüyü bildirilib.

Milli Məclisin deputatları Mahir Abbaszadə, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Pərvin Kərimzadə, Azərbaycanda Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina, siyasi elmlər doktoru Elçin Əhmədov başqaları da mövzu ilə bağlı fikirlərini bölüşüblər.

 

Mədəniyyət.- 2023.- 30 avqust.- S.3.