Cəfər Cabbarlı: azad bir ruh

 

Bədii-sənədli televiziya filmi çəkilib

 

 

Azərbaycan Televiziya Radio Verilişləri” QSC-nin “Sabah” yaradıcılıq studiyasında görkəmli dramaturq Cəfər Cabbarlı haqqında bədii-sənədli televiziya filmi çəkilib.

QSC-nin Sosial media ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Cəfər Cabbarlı: azad bir ruhadlı film “Sabah” studiyasınınYad et mənibədii-sənədli filmlər silsiləsindən növbəti ekran işidir.

Filmdə Cəfər Cabbarlının ölümündən qabaq teatrdan küsdürülməsi, bundan sonra heç yazmamasına qərar verməsindən bəhs edilir. Dramaturq filmdə Mikayıl Müşfiqlə rastlaşır, ona teatrda başına gətirilənləri, ittiham edilməsini, izlənilməsini danışır.

Bədii-sənədli filmdə Cabbarlı ilə Müşfiqin söhbətləri obrazlı şəkildə verilib, faktlar həm onların dilindən, həm sənədli formada təqdim edilib.

Çəkilişlərinin bir hissəsiAzərbaycanfilmkinostudiyasında aparılan filmin ssenari müəllifi Seymur Şahbazzadə, quruluşçu rejissoru Sirac Mustafayev, ikinci rejissoru Ramina Qarayevadır. Yad et məni” layihəsinin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğludur.

 

Mədəniyyət.- 2023.- 1 fevral.- S.3.