Qarabağ hekayələri: dünən, bu gün, sabah

Kinoalmanaxın nümayişi başlanır

 

 

Fevralın 2-dən etibarən bütün kinoteatrlardaQarabağ hekayələri: dünən, bu gün, sabah” kinoalmanaxının nümayişi başlanacaq. Kinoalmanax 3 qısametrajlı filmdən ibarətdir.

Sizə məktub var...” filmiAzərbaycanfilmkinostudiyasında istehsal olunub. Filmin rejissorussenari müəllifi Məzahir Həşimovdur. Əsas rolları Əli Əliyev və Dəniz Tacəddin ifa edirlər. Öz sevgisini cəbhədəki əsgərdə axtaran gənc xanım ən yaxın dostunu müharibəyə yola saldıqdan sonra hər şeydən xəbərdar olur. Amma artıq gecdir...

Arxa cəbhə” filmi Mədəniyyət Nazirliyinin elan etdiyiBöyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. Karvan Production”ın istehsalı olan filmin rejissoru ssenari müəllifi Gülay Babayevadır. Əsas rolları Kəmalə Piriyeva Niyaz Qasımov oynayırlar.

Filmin qəhrəmanı ailəsini Bərdədə qoyub özü döyüşə gedən gəncdir. O, vaxtaşırı arxa cəbhədə, Bərdədə qalan ailəsi ilə danışır. Bir gün bu danışığı bir bomba partlayışı pozur...

Hasarfilmi Mədəniyyət Nazirliyinin elan etdiyiBöyük qayıdışmüsabiqəsi çərçivəsində ərsəyə gəlib. “Ultra Production”ın istehsalı olan filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşovdur. Əsas rollarıı Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı Əlibala Əsgərov ifa edirlər.

Birinci Qarabağ müharibəsində oğlunu itirmiş Elçin Qələbədən sonra doğma diyarına qayıdır erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə çalışır. Lakin düşmənin kor olan oğlunun itməsi onun işlərinə mane olur..

Birinci İkinci Qarabağ müharibələri müharibədən sonrakı vəziyyəti əhatə edən kinoalmanax dram janrındadır.

Qeyd edək ki, kinoalmanaxın kinoteatrlarda nümayişindən əldə edilən gəlir “YAŞAT” Fonduna ianə ediləcək.

 

Mədəniyyət.- 2023.- 1 fevral.- S.1.