“Atabəylər: Şəmsəddin Eldəniz” serialı üçün musiqi müsabiqəsi başa çatıb

 

Nəticələr yaxın günlərdə elan olunacaq...

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC tərəfindən ölkəmizdə ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkilir.

AzTV-də yayımlanacaq “Atabəylər: Şəmsəddin Eldəniz” adlı ekran işi üçün ötən il dekabrın 21-də musiqi (soundtrack) müsabiqəsi elan olunmuşdu. Bəstələrin son qəbul tarixi bu il yanvarın 25-i təyin edilmişdi.

Azərbaycan Televiziya Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr sosial media şöbəsindən bildirildi ki, müsabiqəyə 20-dən çox bəstəkar əsərini təqdim edib. Müsabiqənin nəticələri yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, iki mövsüm üçün nəzərdə tutulan çoxseriyalı bədii televiziya filminin ilk mövsümü 24 bölümdən ibarət olacaq. Filmdə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə xatın, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk başqa şəxsiyyətlərin obrazları canlandırılacaq.

Filmin çəkilişi Türkiyədə ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşnŞahdağfilm”ə həvalə olunub.

 

Lalə

Mədəniyyət.- 2023.- 3 fevral.- S.8.