Salyan Kukla TeatrındaDovşanın ad günü

 

 

Fevralın 4-də Salyan Dövlət Kukla TeatrındaDovşanın ad günütamaşasının premyerası keçirilib.

Yazıçı Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanan tamaşada dostluğun gücündən söhbət açılır. Çəpiş, alabaş, quzu, kirpi bahar quşu dovşanın ad gününə yığılır. Bu zaman onlara hiyləgər tülkü tamahkar canavar mane olur. Dostlar birləşərək onları dovşanın evindən qovurlar.

Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Huseynova, rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Elvin İsayevdir. Rolları Xuraman Qədirova, Mirxədicə Mirzəyeva, Mədinə Ramazanova, Röyal Qurbanov, Maytab Gözəlova, Gülay Abaslı, Nərmin Hüseynli, Böyükağa Mehdizadə canlandırıb.

 

Mədəniyyət.- 2023.- 8 fevral.- S.4.