Milli KitabxanaQara Qarayevelektron məlumat bazasını istifadəyə verib

 

 

Qara Qarayev XX əsrdə Azərbaycanın bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biri, musiqimizdə gələcəyə yeni yollar açan novator bəstəkardır. Görkəmli bəstəkarın 105 illik yubileyi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Qara Qarayev” adlı elektron məlumat bazası hazırlanaraq virtual rejimdə istifadəçilərə təqdim edilib.

Elektron məlumat bazası bəstəkarın həyat və yaradıcılığı, əsərləri, görkəmli şəxslərin Qara Qarayev haqqında fikirləri, Qara Qarayev Azərbaycan musiqisi və görkəmli sənətkarlar haqqında, sənətkarın xatirəsinin əbədiləşdirilməsi və s. bölmələrdən ibarətdir.

Məlumat bazasında yerləşdirilən materiallar tam mətnləri ilə təqdim olunur.

Elektron toplu ilə Milli Kitabxananın saytında tanış olmaq olar. Link: http://anl.az/el/emb/Q.Qarayev-100/index.html

 

Mədəniyyət.- 2023.- 8 fevral.- S.6.