Şuşalı rəssamın yubileyi qeyd olunub

 

Sumqayıt RMİ-nin tabeliyində fəaliyyət göstərən Şuşa Dövlət Rəsm Qalereyasında şuşalı rəssam Rövşən Bayramovun 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) rayon komitəsi və YAP Şuşa rayon təşkilatının dəstəyi ilə reallaşan tədbirdə qalereyanın direktoru vəzifəsini müvəqqəti icra edən Anar Cəbizadə, regional idarənin Şuşa rayonu üzrə nümayəndəsi Bayram Cəfərli, Şuşa rayon MSK-nin direktoru Gülsarə Abbasova, Quşçular kənd Uşaq musiqi məktəbinin direktoru Fikrət Mikayılov rəssamı yubileyi münasibətilə təbrik ediblər. Bildirilib ki, rəssam böyük sevgi ilə Şuşa mənzərələrini təsvir edərək müxtəlif mövzulu nəşrlərin səhifələrini öz təsvirləri ilə bəzəyib.

MİHİ Şuşa rayon komitəsi tərəfindən yubilyar rəssam “Qalereyanın dostu” fəxri adı ilə təltif edilib.

 

Mədəniyyət.- 2023.- 10 fevral.- S.4.