Gəncliyə qayğı gələcəyə qayğıdır

 

2023-cü ilin Gənclər üçün Prezident mükafatçılarını siz də tanıyın...

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 1-də “2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə , ictimaisosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 11 gənc Prezident mükafatına layiq görülüb.

Gənclər üçün Prezident mükafatı dövlət başçısının 2013-cü il 2 iyul tarixli fərmanı ilə təsis edilib. İldə bir dəfə verilən mükafatın məbləği 10 min manatdır.

Mükafatçılar sırasında iki yaradıcı gənc də var: dirijor, bəstəkar Orxan Həşimov və balaban ifaçısı Nicat Məsimov.

Orxan Həşimovun dirijor kimi adı artıq musiqisevərlərə yaxşı tanışdır. O, 1995-ci ildə Bakıda dünyaya gəlib. 2017-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Beynəlxalq müsabiqələrdə dəfələrlə qalibiyyət qazanıb. Dirijorluqla yanaşı bəstəkar kimi də tanınır, solo fortepiano üçünPoema”, 3 hissəli “Klarnetfortepiano üçün sonata” və s. əsərlərin müəllifidir.

Budapeştdə (Macarıstan) Antala Dorati adına dirijorların beynəlxalq müsabiqəsinin qalibi olmuş O.Həşimov Moskva Dövlət Konservatoriyasının simfonik orkestri, Budapeşt MAV simfonik orkestri, F.Şopen adına Polşa-Baltika Filarmoniyasının simfonik orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə əməkdaşlıq edir. 2018-2019-cu illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının dirijoru olub, 2019-cu ildən isə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının dirijorudur.

***

Nicat Məsimov 1997-ci ildə Bakıda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin balaban sinfini əla qiymətlərlə bitirib. Azərbaycan Milli Konservatoriyasında təhsilini davam etdirib. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqədə Qran-pri mükafatına layiq görülüb. Milli musiqimizi ölkəmizdən kənarda da layiqincə təmsil edib. ABŞ, Rusiya İtaliyada keçirilən nəfəsli alətlər müsabiqələrində birincilik qazanıb. 2016-cı ildəİlin gənciseçilən Nicat Məsimov həm “Steep Band” musiqi qrupunun bədii rəhbəridir. ABŞ-da keçirilən “Woodwinds and Brass Competition” İnternational music talent competition fall” müsabiqələrində I yeri qazanıb, İtaliyadaCitta di Pesaro” XIII Beynəlxalq musiqi müsabiqəsində qızıl medal alıb. N.Məsimovun adı Azərbaycanın gənc istedadlarınınQızıl kitabı”na yazılıb Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.

***

Ülviyyə Axundova 1998-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarının məzunudur. Təhsil, gənclərlə , ictimai sosialyönümlü fəaliyyət, innovasiya sahibkarlıq sahələrində xüsusi fərqləndiyi üçün mükafata layiq görülüb. Vətəndaş Cəmiyyətində Debatİctimai Birliyinin sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədr müavinidir.

***

Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun gənc əməkdaşı, kimyaçı alim Mehriban Nağıyeva da Prezident mükafatına layiq görülənlər sırasındadır. O, Moskva Dövlət Universiteti Bakı filialının bakalavr (2015) magistr (2017) pillələrini bitirib. Ötən il kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

***

Tural Zəkəryəzadə 1997-ci ildə anadan olub. 2019-cu ildə Milli Aviasiya Akademiyasını (avianəqliyyat istehsalatının təşkili mühəndisliyi ixtisası) bitirib. Müxtəlif startap layihələrinin müəllifidir. 2019-cu ildə ixtira etdiyi cihaz vasitəsiləBrincbeynəlxalq startap akselerasiya proqramına qəbul haqqı qazanıb. Bəhreyndə 6 həftəlik proqram müddətində “Made in Azerbaijan” brendi altında hazırladığı cihazı ölkəmizdə, eləcə Yaxın Orta Şərq bazarında tətbiq etməyə başlayıb. “Vasco Lab” WTEAM şirkətlərinin təsisçisi olan T.Zəkəryəzadə könüllü olaraq bir neçə startapa mentorluq edir.

***

1998-ci ildə Bakıda anadan olan Adilə Əliyeva UNEC-in tələbəsi olub. Bristol Universitetinin Biznes məktəbində magistr üzrə təhsil alıb. Bir sıra sosial layihələr həyata keçirib, regionlar üzrə könüllülərin könüllü proqramının idarə edilməsi ilə məşğul olub. Hazırda “Regional İnkişafİctimai Birliyində layihə koordinatorudur.

A.Əliyeva mükafatla bağlı fikrilərini bölüşərkən deyib: “Bu mükafata layiq görülmək mənim üçün böyük məsuliyyətdir. Gələcək fəaliyyətimdə bu etimadı hər zaman doğrultmaq üçün səylə çalışıb qazandığım bilik bacarıqları, təcrübələri ölkəmizin inkişafı istiqamətində sərf edəcəyəm”.

 

***

Kamran Əliyev 1999-cu ildə Bakıda anadan olub, 2021-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hazırda Bakı Ali Neft Məktəbində biznesin idarəedilməsi təşkili ixtisası üzrə magistr təhsili alır. 2016-cı ildən aktiv şəkildə könüllü kimi fəaliyyət göstərir. 2017–2018-ci illərdə “ASAN Könüllüləritəşkilatında çalışıb. 2020-ci ildə Gənclər İdman Nazirliyi tərəfindən təltif edilib, 2022-ci ildə isə Azərbaycan Ağır Atletika Federasiyasına icraçı direktor təyin olunub. Eyni zamandaAqrar İnkişaf Könüllüləritəşkilatının sədri, “Azərbaycan Könüllülər Təşkilatları İttifaqı”nın sədr müavinidir.

***

1995-ci ildə Bakıda anadan olan Şahin Xəlilov Azərbaycan Texniki Universitetində SABAH qruplarının məzunudur. Kompüter mühəndisliyi ixtisasını fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı müddətdəAzercell”in təqaüd proqramının, “Seeds for the Future” proqramının qalibi olub. Yaratdığı “Wake me up” komandası ilə birlikdəAğıllı eynəkstartapı ona uğur qazandırıb. 2020-ci ildən özünün təsis etdiyiEntesk Group” şirkətinə  rəhbərlik edir.

***

Günay İmanzadə 1996-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin kimya ixtisası üzrə (ingilis bölməsi) SABAH qruplarının 2017-ci il məzunudur. Sonra təhsilini İsveçrənin Federal Texnologiya Universitetində davam etdirib. Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi müsabiqədəİlin İKT sahibkarıseçilib. O, həmçinin Bakıda keçirilmişTexnofest – 2022” müsabiqəsinin qalibi olub. Uşaqlar üçün elmi məzmun istehsal edənAnimasiya studiyası, robototexnika proqramlaşdırmatəhsil mərkəzini, eləcə EnthouseMetateskstartaplarını təsis edib. Hazırda həmin tədris mərkəzi startapların idarəçiliyi ilə yanaşı, digər startaplar üçün mentorluq fəaliyyəti ilə məşğuldur.

***

1997-ci ildə Naxçıvanda anadan olan Cabbar Hüseynli UNEC-in Maliyyə mühasibat fakültəsində oxuyub. İtaliyanın Boloniya Universitetində magistr təhsili alıb. Hazırda UNEC- fəlsəfə doktoru proqramı üzrə təhsil alır.Mən azərbaycanlıyammilli intellektual oyununun ikiqat qalibi, “Heydər Əliyev Azərbaycan tarixi” III ümumrespublika bilik yarışı Konfederasiya kubokuuğrunda? Harada? zaman?” intellektual oyununun respublika birincisidir. Gənclər İdman Nazirliyi tərəfindənİlin gənciseçilib.

***

Bəxtiyar İslamov 1995-ci ildə Bakıda doğulub. ADA Universitetinin Biznesin idarə edilməsi fakültəsində təhsil alıb. “ASAN Könüllüləritəşkilatında departament rəhbəri qurumun sədri vəzifələrində çalışıb. Hazırda YAP Gənclər Birliyinin sədridir.

Mükafat qazanan bütün gəncləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

 

Lalə Azəri

Nurəddin Məmmədli

Mədəniyyət.- 2023.- 10 fevral.- S.5.