Tarix yazan qəhrəmanlar

 

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Gənclik” klubu tərəfindən Vətən müharibəsi şəhidi Tacəddin İsmayılzadənin xatirəsinə həsr olunan tədbir təşkil edilib.

Sumqayıt RMİ-nin Qubadlı rayon nümayəndəliyi Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Faiq Qasımovun doğum günü münasibətilə “Əbədi yaşayacaqsan” adlı tədbir keçirib. Qubadlı rayon V.Əliyev adına Mədəniyyət eviMahmudlu kənd Mədəniyyət evinin hazırladığı kompozisiya təqdim olunub, şeirlər söylənilib.

***

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Unudulmayan faciə” adlı tədbir keçirilib. Tədbirdə “Qisası alınan torpaq” adlı sərgi nümayiş olunub.

***

Goranboy rayon Mədəniyyət Mərkəzinin Zeyvə kənd Folklor evində 1-ci Qarabağ müharibəsi şəhidi Mirbala Rəsulova həsr edilmişTarix yazan qəhrəmanlar” adlı anım tədbiri keçirilib. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

 

Mədəniyyət.- 2023.- 17 fevral.- S.4.