Mərmər soyuğuSerbiyada mükafata layiq görülüb

 

Rejissor Asif RüstəmovunMərmər soyuğufilmi 15-21 iyul tarixlərində Serbiyada keçirilən 30-cu Paliç Avropa Film FestivalındaMünsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

Festivalın münsifləri ekran əsərini cəmiyyətdə yaşanan bir nəslin travmasını əks etdirən film kimi dəyərləndiriblər.

Qeyd edək ki, “Azərbaycanfilmkinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi FransanınArizona Films” şirkətlərinin birgə istehsalı olanMərmər soyuğufilmi Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov Adil Abbasov, prodüserləri Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev Guillaume de Seille, kreativ prodüseri İradə Bağırzadə, quruluşçu rəssamı Rafiq Nəsirovdur. Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov Natəvan Abbaslı çəkiliblər.

 

Mədəniyyət.- 2023.- 26 iyul.- S.1; 5.