Dəyərlərimizin xilaskarı

 

25-27 iyul tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə Şəki şəhərindəUlu öndər: dəyərlərimizin xilaskarımövzusunda seminar keçirilir. Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan tədbirdə Balakən, Zaqatala, Qax Şəki rayonlarından 60 gənc iştirak edir.

Seminarın açılışında Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Rəşid Paşalı, Şəki Şəhər İcra Hakimiyyəti İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas Əli Rzazadə, AMEA Şəki Regional Elmi Mərkəzi Tarixi irs etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov başqaları çıxış ediblər.

Seminar çərçivəsində mövzu üzrə mühazirə diskussiyalar, fondun dəstəyi ilə hazırlanmışHeydər Əliyev azərbaycançılıq”, “Dəyərlərimizin dastanıfilmlərinin nümayişi, şəhər ərazisindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, “Dəyərlərimizi öyrənək!” adlı intellektual yarış digər tədbirlər nəzərdə tutulub.

 

Mədəniyyət.- 2023.- 26 iyul.- S.3.