Mətbuat cəmiyyətin güzgüsüdür

 

İyulun 22-də Azərbaycan milli mətbuatının əsasının qoyulmasının 148 yaşı tamam oldu. Milli Mətbuat Günümedia işçilərinin peşə bayramı münasibətilə bölgələrdə müxtəlif tədbirlər keçirilib.

Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları Milli Mətbuat Günü münasibətilə şəhərdəki Əlillərin Reabilitasiya Mərkəzində fiziki məhdudiyyətli insanlar üçün kitab sərgisi təşkil edib. Sərgidə mətbuatımızın tarixindən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs edən kitablar nümayiş olunub.

Salyan Tarix-Diyarşünaslıq Muzeyi rayon Mədəniyyət Mərkəzinin 1, 2, 4 nömrəli şəhər, Ərəbqardaşbəyli, Beştalı kənd klubları, həmçinin Kürqaraqaşlı kənd Diyarşünaslıq evinin əməkdaşları rayonun mətbuat orqanı olanQələbəqəzetinin yaradıcı heyəti ilə görüşüb. Görüşdən sonra muzeyin fondunda qorunan qəzetin ilk nüsxələrindən ibarət sərgiyə baxış olub. Tədbir görkəmli ədib, jurnalist Əli bəy Hüseynzadənin abidəsinin ziyarət olunması ilə başa çatıb.

Salyan rayon Mədəniyyət Mərkəzinin Sarvan kənd Folklor evində keçirilən tədbirdə Həsən bəy Zərdabi Əkinçiqəzeti haqqında danışılıb.

 

***

 

İmişli rayon MKS-nin 17 saylı Əliqulular kənd kitabxana filialıMətbuatımızın tarixibaşlığı altında dəyirmi masa təşkil edib. Çıxışlarda milli mətbuatımızın tarixindən, H.Zərdabinin maarifçilik fəaliyyətindən söz açılıb.

 

***

 

Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında keçirilən tədbirdə qeyd edilib ki, Ümummilli lideri Heydər Əliyev Azərbaycanda peşəkar mətbuatın himayədarı olub, bu sahəyə diqqət qayğı göstərib. Tədbirin sonundaCəmiyyətin güzgüsümilli mətbuatımızadlı sərgi nümayiş olunub.

 

***

 

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyi ilə birgə Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Çıxışlarda Azərbaycan milli mətbuatının keçdiyi yoldan söz açılıb. Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin milli mətbuata göstərdiyi diqqət qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonda Milli Mətbuat Günü ilə bağlı film nümayiş olunub.

YAP Astara rayon təşkilatı, rayon Heydər Əliyev Mərkəzi, Astara Dövlət Rəsm Qalereyası Astara şəhər C.Babayev adına 3 saylı tam orta məktəbinin birgə təşkilatçılığı iləMətbuat cəmiyyətin güzgüsüdürmövzusunda tədbir keçirilib. Tədbirdə Astara Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

 

Masallı Tarix-Diyarşünaslıq Muzeyində rayon MKS-nin Mərkəzi Kitabxanası Heydər Əliyev Mərkəzi ilə birgə Ulu öndərin Azərbaycan mətbuatının inkişafına göstərdiyi qayğıya həsr olunan tədbir keçirilib. Çıxışlarda milli mətbuatımızın keçdiyi yola nəzər salınıb, Azərbaycanda peşəkar mətbuatın formalaşması, söz mətbuat azadlığının təmin edilməsində Ulu öndərin rolundan danışılıb.

 

***

 

Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialıAzərbaycan mətbuatının keçdiyi zəngin şərəfli inkişaf yolubaşlığı altında tədbir təşkil edib. ÇıxışlardaƏkinçiqəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatının dövrün mütərəqqi ideyalarını əks etdirməsindən, xalqımızın maarifləndirməsindən, milli bəşəri dəyərlərin təbliğində mühüm rol oynamasından söhbət açılıb. Sonda tədbir iştirakçıları Milli Mətbuat Gününə həsr olunmuş videoçarxı izləyiblər.

 

***

 

Zərdab rayon MKS-nin Mərkəzi KitabxanasındaHəsən bəy Zərdabinin maarifçilik fəaliyyətiadlı dəyirmi masa təşkil olunub. Tədbirdə milli mətbuatımızın yaranma tarixi haqqında məlumat verilib. Sonda tədbir iştirakçıları Milli Mətbuat Günü ilə bağlı təşkil olunmuş sərgiyə baxıblar.

Rayondakı Həsən bəy Zərdabi Muzeyi, rayon Mədəniyyət Mərkəzi Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. “Həsən bəy Zərdabi Azərbaycan mətbuatıadlı tədbirdə qeyd edilib ki, “Əkinçiqəzetinin ortaya qoyduğu ideallar bu gün üçün aktuallığını qoruyub saxlayır.

Xalq şairi Rəsul Rzanın Göyçaydakı ev-muzeyindəHeydər Əliyev Azərbaycan mətbuatımövzusunda dəyirmi masa təşkil olunub. “Göyçayqəzetinin redaktoru Adil Məmməd milli mətbuatın yaranma tarixindən danışıb. Qeyd edib ki, cəmi 56 nömrəsi işıq üzü görsə , “Əkinçiqəzeti Azərbaycan mətbuatında mayak rolunu oynayıb. Digər çıxış edənlər mətbuatımızın bu günündən media işçilərinə dövlət qayğısından söz açıblar.

 

***

 

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində olan müəssisələrdə Milli Mətbuat Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

 

Nurəddin Məmmədli

 

Mədəniyyət.- 2023.- 26 iyul.- S.4.