Vətən bağı” – bir şəhid, bir ağac

 

2021-ci ilin sentyabrında Tərtər rayon Şıxarx qəsəbəsindəVətən bağışəhidlər parkı yaradılıb. Bağdakı ağaclara şəhidlərimizin şəkli, adı, ata adı soyadı olan, QR kodlu məlumat lövhələri yerləşdirilib. QR kod oxudulan zaman həmin şəhid haqqında müfəssəl məlumat əldə etmək mümkün olacaq.

Vətən bağışəhidlər parkı Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi Vətən bağıSosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə salınıb. Bağda 4000-dək meyvə ağacı əkilib, damcı suvarma sistemi qurulub.

Bağda artıq 2200 şəhid haqqında QR məlumat lövhələri yerləşdirilib. Burada Birinci İkinci Qarabağ müharibələrinin Tərtər şəhidləri haqqında da məlumat tabloları yer alıb.

 

Mədəniyyət.- 2023.- 26 iyul.- S.4.