Akademik Musiqili Teatr mövsümə yekun vurub

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı mövsüməSən elə bir zirvəsənadlı tamaşa ilə yekun vurub.

Səhnə əsəri Ulu öndər Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə hazırlanıb.

Tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Musiqili tarixi-esse kimi hazırlanan səhnə əsərində Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor balet heyətinin üzvləri iştirak edirlər.

Xatırladaq ki, teatrın yaradıcı heyəti bu tamaşa ilə Gəncə Şəki şəhərlərində çıxış edib.

 

Mədəniyyət.- 2023.- 26 iyul.- S.5.