Mədəniyyət Nazirliyi nəşrlərin satın alınması ilə bağlı müsabiqə elan edib

 

Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə növbətiNəşrlərin satın alınması müsabiqəsi”ni elan edib. Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi obyektivliyi təmin etmək məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan Nəşr planının tərtibi nəşriyyat məhsullarının satın alınması üzrə komissiya həyata keçirəcək.

İştirakçılar tərəfindən nəşrlər avqustun 24-dək komissiyaya təqdim olunmalıdır.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək. Məzmun poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satın alınmasına yol verilmir.

Müsabiqədə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

İştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidir.

Komissiyaya ünvanlanmış müraciətdə satın alınması göstərilən nəşrlərdən 2 nüsxə Azərbaycan Milli Kitabxanasına təqdim edilməlidir.

Müsabiqəyə aşağıdakı mövzular üzrə son iki ildə çap olunan nəşrlər təqdim edilməlidir:

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə çap olunmuş nəşrlər;

Elmi elmi-kütləvi ədəbiyyattəbiət elmləri (kimya, fizika, mexanika, coğrafiya, biologiya, astronomiya s.), ictimai (sosial) elmlər (tarix, hüquq, fəlsəfə, psixologiya, iqtisadiyyat, linqvistika, politologiya, antropologiya, etika s.), texniki (tətbiqi) elmlər (kompüter mühəndisliyi, süni intellekt, kənd təsərrüfatı, ekologiya s.);

 

Uşaq ədəbiyyatı;

 

Milli adət ənənələr, bayramlar, tarixi rəmzlər toponimlər barədə nəşrlər;

 

Azərbaycan etnoqrafiyası milli-mədəni irsinə aid nəşrlər;

 

Vətən müharibəsinə aid yüksək məzmuna malik nəşrlər;

 

Görkəmli ədəbiyyat, incəsənət ictimai xadimlər haqqında araşdırmalar memuarlar.

 

Müsabiqə başa çatdıqdan sonra komissiya tərəfindən bir ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır satın alınması nəzərdə tutulan nəşrlər barədə yekun siyahı tərtib edilir. Komissiya tərəfindən seçilən nəşrlərin satın alınmasıDövlət satınalmaları haqqındaAzərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.

Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır Azərbaycan Milli Kitabxanasına təhvil verilir.

Müsabiqə komissiyanın fəaliyyəti ilə bağlı müəyyən edilmiş meyarlarla Mədəniyyət Nazirliyinin saytında müvafiq linklərə daxil olaraq tanış olmaq mümkündür:

Mədəniyyət Nazirliyinin sifarişi dəstəyi ilə nəşriyyat çap məhsullarının istehsalı, buraxılışı satın alınmasına dair Meyarlar (https://culture.gov.az/medias/media/other/720/neshrlere-dair-meyarlar.pdf)

Nəşr planının tərtibi nəşriyyat məhsullarının satın alınması üzrə Komissiyanın fəaliyyətinə dair Meyarlar https://culture.gov.az/medias/media/other/721/komissiyaya-dair-meyarlar.pdf)

 

Mədəniyyət.- 2023.- 26 iyul.- S.7.