Ədəbi prosesdavam edir

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkil etdiyiƏdəbi proseselmi-yaradıcılıq müşavirəsinin 10-cu yubiley tədbiri iyulun 21-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda keçirilib.

Ötən il üzrə ədəbi prosesə nəzər salınan tədbir çərçivəsində Ədəbiyyat İnstitutunda işıq üzü görmüş əsərlərdən ibarət sərgi slayd nümayiş olunub.

Ədəbi proses – 2022” elmi-yaradıcılıq müşavirəsini giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açıb. Qeyd edib ki, XX əsrin 70-ci illərinin sonlarında 80-ci illərin əvvəllərində Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin təşəbbüsü iləƏdəbi prosesmüşavirələri keçirilib materialları çap olunub. AxırıncıƏdəbi proseselmi-yaradıcılıq müşavirəsinin 1984-cü ildə olduğunu deyən İsa Həbibbəyli 30 il sonra, 2014-cü ildə bu müşavirənin Ədəbiyyat İnstitutunda bərpa edildiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, “Ədəbi prosesyaradıcılıq müşavirəsi hər il özündən əvvəlki ilin ədəbi prosesini janrlar üzrə təhlil edir, dinlənilən məruzələrdə bu dövrdəki dinamika nəzərdən keçirilir, problemlər qeyd olunur.

Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar budəfəki tədbirin AYB- keçirilməsini təqdir edib. Vurğulayıb ki, bədii yaradıcılıq onun tədqiqi ədəbiyyatın iki qoludur. Həmişə Ədəbiyyat İnstitutu ilə AYB-nin sıx əlaqələri olub bu münasibətlər indi davam edir.

Ədəbi proses – 10 ilelmi-yaradıcılıq müşavirəsində filologiya elmləri doktoru Elnarə Akimovaİlin ədəbi mənzərəsi”, filologiya üzrə fəlsəfə doktorları Azər TuranPoeziya”, Maral YaqubovaNəsr”, Aynurə MustafayevaDramaturgiyamövzularında məruzələrlə çıxış ediblər. Bundan əlavə, “Ədəbi tənqid” (AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu), “Ədəbi gənclik” (filologiya elmləri doktoru Vaqif Yusifli), “Uşaq ədəbiyyatı” (filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı) digər mövzularda məruzələr təqdim edilib.

 

Mədəniyyət.- 2023.- 26 iyul.- S.7.