KitabxanadaHeydər Əliyev mətbuatmövzusunda tədbir

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi 22 iyulMilli Mətbuat Günü ilə əlaqədar tədbir keçirib. Tədbirdə media təmsilçiləri, mədəniyyət sahəsi üzrə yazarlar, fəal oxucular iştirak ediblər.

Tədbiri kitabxananın abonement bölməsinin müdiri Lalə Səlimova açıb.

MKS-nin direktoru Lətifə Məmmədova Milli Mətbuat Günü münasibətilə peşə sahiblərini təbrik edib. Qeyd edib ki, ötən 148 ildə zəngin inkişaf yolu keçən Azərbaycan mətbuatında mədəniyyət tariximizin salnaməsi əks olunub.

Mədəniyyət. Culturejurnalının baş redaktoru Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, “Mədəniyyətqəzetinin əməkdaşları Həmidə Rüstəmova, Səbinə Məmmədova,  teatr yazarı Samirə Behbudqızı çıxış ediblər, mətbuatımızın tarixi bu günü ilə bağlı fikirlərini bölüşüblər.

MKS-nin direktor müavini Könül Vəliyeva oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova media mənsublarına tədbirdə iştiraka görə təşəkkür ediblər.

 

Mədəniyyət.- 2023.- 26 iyul.- S.7.