Uşaq yazarı ilə görüş keçirilib

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası iyulun 18-də 1 nömrəli Körpələr evinin  balacaları ilə yazıçı Fatimə Alxazla (Yusifova) görüşünü təşkil edib.

Fatimə Alxaz autizm sindromu ilə bağlı real həyat hadisələri əsasındaAdını bilməyən oğlanadlı hekayə kitabını yazıb. O həmçinin məktəbəqədər uşaqlar üçünƏyləncəli məntiq”, “Əyləncəli əlifba”, “Əyləncəli riyaziyyat”, “Məntiq riyaziyyat”, ibtidai siniflər üçünAzərbaycan dili qaydaları”, “Riyaziyyat qaydaları”, “Atalar sözü hekayələrlə”, “Avtomobildə 30 oyun s. kitabların müəllifi, bir çox kitabların tərcüməçisi redaktorudur.

Əvvəlcə kitabxana əməkdaşı balacaları kiçik oxu zalında səsli, pazıllı, oyuncaqlı digər maraqlı kitablarla tanış edib. Sonra yazıçı balacalar üçün maraqlı, ibrətamiz məzmunlu nağıllar oxuyub.

Sonda kiçikyaşlı oxuculara kitabxananınGöy qurşağıuşaq jurnalı hədiyyə edilib.

 

Mədəniyyət.- 2023.- 26 iyul.- S.7.