Əməkdar artist “Utancaq qız”la diplom qazanıb

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Əməkdar artist Şövqi Hüseynov Rusiyanın Lobnya şəhərində keçirilən XXVII “Rus klassikasıteatr festivalında iştirak edib. Beynəlxalq festivaldaUtancaq qızmonotamaşasını təqdim edən aktyor mükəmməl oyununa görə diploma layiq görülüb.

Fyodor Dostoyevskinin eyniadlı fantastik povesti əsasında Akademik Musiqili Teatrda hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Festivalda Qazaxıstan, İran digər ölkələrin teatr kollektivlərinin tamaşaları nümayiş olunub.

Əməkdar artist Şövqi HüseynovUtancaq qızmonotamaşası ilə iyunun 1-də daha bir beynəlxalq layihəyə – “Onliferəqəmsal teatr festivalına qatılıb. Festivalda tamaşalar videoformatla nümayiş olunub.

 

Mədəniyyət.- 2023.- 2 iyun.- S.2.